Bakıda bağ evindən və 2 avtomobildən oğurluq edilib

1 Oktyabr 2020 12:44 (UTC+04:00)

Binəqədi rayonu ərazisindəki bağ evlərinin birindən və 2 avtomobildən oğurluq etməkdə şübhəli bilinən N.Abbasov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-dən 22-dək olan müddətdə rayon ərazisindəki bağ evlərinin birindən 100 manat dəyərində 2 ədəd samovar və kondisioner, 2 avtomobildən isə maqnitofon, pul və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Abbasov saxlanılıb.