Ermənistanda koronavirusa yoluxanların sayı kəskin artdı

1 Oktyabr 2020 11:12 (UTC+04:00)

Ermənistanda daha 491 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 50 850-yə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 963-ə çatıb. İndiyədək 44 219 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 370 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün Ermənistan 458 nəfərin koronavirusa yoluxduğunu, 1 nəfərin isə öldüyünü açıqlamışdı.