Ermənistan ordusunun artilleriya qurğuları məhv edilib

1 Oktyabr 2020 10:57 (UTC+04:00)

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan ordusunun artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayıb.

SİA xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı videoda düşmənin artilleriya qurğularının Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəşi ilə məhv edilməsi əks olunub.