Vladimir Putin və Emmanuel Makron Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

1 Oktyabr 2020 02:09 (UTC+04:00)
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsini müzakirə ediblər. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib. Məlumata əsasən, liderlər münaqişə tərəflərini atəşin ən qısa zamanda və tam dayandırılmasına, gərginliyin deeskalasiyasına çağırıblar: "Dağlıq Qarabağ münaqişəsinin siyasi-diplomatik metodlarla nizama salınmasına alternativin olmaması qeyd edilib. Bu kontekstdə, ilk növbədə, ATƏT-in Minsk qrupu formatında gələcək əməkdaşlığın konkret parametrləri nəzərdən keçirilib".