"Milan" futbolçusu Lukas Paketanı "Lion"a satıb

30 Sentyabr 2020 22:09 (UTC+04:00)
"Milan" futbolçusu Lukas Paketanı "Lion"a satıb. SİA xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. İtaliya mətbuatı bu transfer üçün "Lion"un 20 milyon avro ödədiyini yazıb. Qeyd edək ki, 25 yaşlı oyunçu yeni klubunda ilinə 2.5 milyon avro qazanacaq.