Yerevanda Azərbaycan himni səsləndirildi - VİDEO

30 Sentyabr 2020 16:22 (UTC+04:00)

Ermənistanın kameralarına hücum edilərək himnimiz və erməni dilində xüsusi mətn səsləndirilib. SİA-nın məlumatına görə, hadisə Yerevanda yerləşən "Tea & Coffee Planet" dükanında baş verib.

Belə ki, azərbaycanlı hakerlərin sayəsində sözügedən mağazanın kamerası sındırılaraq, orada erməni dilində məlumatlar səsləndirilib.

Həmin məlumatlarda cəbhədən ən son və doğru xəbərlər, Qarabağdakı Ermənistan hərbçiləri arasında çoxsaylı itkilər barədə dürüst xəbərlər səsləndirilib.