Bu tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək – Milli Məclis təsdiq etdi

30 Sentyabr 2020 15:36 (UTC+04:00)

Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, qanunun təhsil üzrə təminatlara dair 5-ci maddəsində edilən dəyişikliyə görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə də onların ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Müzakirələrdən sonra dəyişikliklər səsə qoyularaq qəbul edilib.