Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının BƏYANATI

30 Sentyabr 2020 15:33 (UTC+04:00)

Erməni işğalçılarının sentyabrın 27-də başlayan təxribatları və Azərbaycan Ordusunun bu təxribatların qarşısının alınması məqsədilə genişmiqyaslı əks-hücuma keçməsi ilə bağlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) bəyanat yayıb.

İttifaqdan SİA-ya daxil olan bəyanatda deyilir: “Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı analoqu olmayan, görünməmiş bəşəri cinayətləri törədən faşist xislətli erməni işğalçı dəstələrinin Dağlıq Qarabağda mülki əhaliyə qarşı törətdiyi qanlı cinayətlərini lənətləyir, beynəlxalq ictimaiyyəti, dost və qardaş ölkələrin vətəndaşlarını, dünyanın sülhpərvər insanlarını, Azərbaycanı və azərbaycanlıları ürəkdən sevən hər kəsi, xüsusən də bütün qitələrdə fəaliyyət göstərən tanınmış kino xadimlərini ölkəmizin haqq işini ürəkdən dəstəkləməyə, ərazi bütövlüyümüzün təmin olunmasına yardımçı olmağa çağırır.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli əmri ilə şanlı ordumuzun düşmən təxribatlarının qarşısının alınması, torpaqlarımızın murdar erməni faşistlərindən təmizlənməsi uğrunda fədakarlığı hər birimizi hədsiz qürurlandırır, Böyük Qələbəyə ümidlərimizi qat-qat artırır. Dövlət başçısının xalqımıza müraciəti, haqq işimizin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara bütün təfərrüatı və beynəlxalq hüququn prinsiplərinə əsaslanmış şəkildə çatdırması hər birimizdə böyük zəfərlərə inam hissi oyadıb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı olaraq ölkəmiz üçün bu taleyüklü və şərəfli günlərdə şanlı ordumuza və Ali Baş Komandana yeni uğurlar arzulayır, Böyük Zəfər Yürüşündə yalnız və yalnız Qələbə sevinci diləyirik.

Qarabağ Azərbaycandır!”