Düşmənin Füzuli istiqamətindəki taboru atəşə məruz qalıb İtki var - RƏSMİ

30 Sentyabr 2020 15:20 (UTC+04:00)

Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb.

Azərbaycan Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.

Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.