Düşmənin ehtiyat qüvvələri məhv edilib MN - RƏSMİ - VİDEO

30 Sentyabr 2020 14:44 (UTC+04:00)

Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat verib.

Belə ki, məlumatda deyilir: "Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib".