Bakı sakinindən silah-sursat götürülüb

30 Sentyabr 2020 14:18 (UTC+04:00)

Bakı şəhər sakini M.Sultanovdan silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini M.Sultanovdan “Makarov” markalı tapança, patron sandığı və 5 ədəd patron götürülüb.