İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır Səfir Abbas Müsəvi

30 Sentyabr 2020 14:08 (UTC+04:00)

İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır. SİA xəbər verir ki, bu sözləri İranın Azərbaycandakı səfiri seyid Abbas Müsəvi deyib.

Diplomat Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum zamanı həlak olan əsgərlərin və mülki şəxslərin yaxınlarına başsağlığı verib.

Qeyd olunub ki, heç bir qüvvə İran ilə Azərbaycanın mehriban münasibətlərini poza bilməz.