Gürcü sərhədçilər Dağlıq Qarabağa şin aparan yük maşınlarını dayandırıb

30 Sentyabr 2020 13:51 (UTC+04:00)

Sentyabrın 28-də axşam saatlarında gürcü sərhədçiləri Gürcüstan-Ermənistan sərhədində Dağlıq Qarabağ zonasına şin aparan yük maşınlarının qarşısını alıb. SİA xəbər veri ki, Gürcüstanın cənubundakı Axalkalaki və Ninotsminda rayonlarında yaşayan etnik ermənilər Azərbaycanın işğal olunmuş ərazilərindəki erməni əsgərlərinə şin, ərzaq məhsulları və dərman yola salmağa çalışıb.

Gürcüstan sərhədçiləri avtomobillərin sərhədi keçməsinə qadağa qoyub.