Yüzlərlə şəxs könüllü olaraq hərbi xidmətə yollanır - FOTOLAR

30 Sentyabr 2020 13:44 (UTC+04:00)

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsində növbəti izdiham yaşanıb. SİA-nın verdiyi məlumata görə, yüzlərlə çağırışçı idarəsinə gələrək könüllü olaraq hərbi xidmətə yollanıb. Böyük ruh yüksəkliyi ilə şöbəyə gələn könüllülər xüsusi nəqliyyat vasitələri ilə hərbi hissələrə alqışlarla yola salınıb.