4 evdən və 3 avtomobildən oğurluq edilib

30 Sentyabr 2020 13:23 (UTC+04:00)

Kəpəz rayonu ərazisindəki 4 evdən və 3 avtomobildən oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini F.Kazımov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən elektrik naqilləri, su mühərrikləri, 3 avtomobildən isə pul, maqnitofon, səsgücləndirici və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini F.Kazımov saxlanılıb.