Zaqatalada yanğın

30 Sentyabr 2020 12:58 (UTC+04:00)

Zaqatala rayonunun Muğanlı kəndində ümumi sahəsi 250 m² olan birmərtəbəli evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə və dam örtüyü 60 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.