Düşmənin alay komanda məntəqəsinə atəş edilib Ölən və yaralananlar var

30 Sentyabr 2020 12:43 (UTC+04:00)

Düşmənin alay komanda məntəqəsinə atəş zərbəsi endirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.