Gəncədə ağır qəza: ölən və yaralananlar var

30 Sentyabr 2020 12:33 (UTC+04:00)

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, sentyabrın 29-da saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini M.Cənnətovun idarə etdiyi “ZAZ Slavita” və Göygöl rayon sakini S.Misirovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub.

Nəticədə M.Cənnətovun sərnişinlərindən həmyerliləri Məqsəd Mirzəyev hadisə yerində ölmüş, özü və digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.