Milli Məclisin Hesablayıcı Komissiyasına yeni üzv seçilib

30 Sentyabr 2020 11:48 (UTC+04:00)

Milli Məclisin deputatı Eldar Quliyev Milli Məclisin Hesablayıcı Komissiyasının üzvü seçilib.

SİA-nın məlumatına görə, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Məsələ səsverməyə qoyularaq qəbul edilib.