Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur MN - RƏSMİ

30 Sentyabr 2020 10:53 (UTC+04:00)

Düşmən Goranboy rayonunu artilleriya atəşinə tutur. SİA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bir neçə dəqiqə bundan əvvəl Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutmağa başlayıb. Bölmələrimiz düşmənə qarşı adekvat cavab tədbirləri görür", - deyə məlumatda qeyd edilib.