Düşmən Tərtər şəhərini artilleriya atəşinə tutur

30 Sentyabr 2020 08:28 (UTC+04:00)
Sentyabrın 30-da səhər saat 08.00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutur. SİA Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən bildirir ki, ilkin məlumata görə mülki infrastruktura ziyan dəyib və yaralılar var.