“Tottenhem” “Çelsi”ni 1/4 finala buraxmadı

30 Sentyabr 2020 01:12 (UTC+04:00)

Futbol üzrə İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Tottenhem” doğma meydanda Londonun digər təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib. Paytaxt klublarının duelində əsas hissə heç-heçə başa çatıb – 1:1. Bu üzdən də qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Tottenhem” 1/4 finala yüksəlib.

İngiltərə Liqa Kuboku

1/8 final

29 sentyabr

Tottenhem – Çelsi 1:1 (penaltilər 5:4)

30 sentyabr

20:30. Nyuport - Nyukasl

22:00. Bernli - Mançester Siti

22:45. Brayton - Mançester Yunayted

22:45. Everton - Vest Hem

1 oktyabr

20:30. Brentford - Fulhem

22:00. Aston Villa - Stok Siti

22:45. Liverpul - Arsenal