“Valensiya” səfərdə, “Xetafe” evdə qələbə qazandı

30 Sentyabr 2020 01:24 (UTC+04:00)

Futbol üzrə İspaniya La Liqasında 4-cü tura start verilib.

SİA xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Son turda doğma meydanda xal itirən “Valensiya” bu dəfə çətin “Real Sosyedad” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. “Betis” isə “Xetafe” ilə qarşılaşıb. Bu görüşdə meydan sahibləri darmadağına seviniblər.

Bu tur keçirilməli olan “Osasuna” – “Qranada” matçı təxirə salınıb.

İspaniya La Liqası

4-cü tur

29 sentyabr

Real Sosyedad – Valensiya 0:1

Qol: M.Qomes, 75.

Xetafe – Betis 3:0

Qol: Anxel, 13; 42. Kuku, 39.

30 sentyabr

21:00 Hueska – Atletiko

21:00 Vilyarreal – Alaves

23:30 Eybar – Elçe

23:30 Real – Valyadolid

1 oktyabr

21:00 Atletik – Kadis

21:00 Sevilya – Levante

23:30 Selta – Barselona