Moskvada koronavirusdan ölənlərin sayı 5230 nəfərə çatıb

30 Sentyabr 2020 03:14 (UTC+04:00)
Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 27 nəfər ölüb. SİA-nın məlumatına görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər. Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 27 xəstə dünyasını dəyişib". Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 230 nəfərə çatıb.