Ukrayna vətəndaşı Prezidentə yazır

29 Sentyabr 2020 17:11 (UTC+04:00)

Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. SİA xəbər verir ki, bu sözləri Ukraynanın Kropivnitski şəhərindən Qorovaya Natalya Vasilyevna Azərbaycan Prezidenti İlham Əliyevə yazdığı məktubda qeyd edib.

Məktubda deyilir: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, Ukrayna Azərbaycanlıları Konqresində tanışım var. Onun vasitəsilə Azərbaycanı və azərbaycanlıları daha yaxından tanımışam. Bu məktubu yazmağıma da əsas səbəb Azərbaycana və azərbaycanlılara olan məhəbbətimdir. Razılığınız olarsa, Azərbaycanın işğal olunmuş ərazilərinin erməni barbarlarından azad edilməsində biz də könüllü kimi iştirak etməyə hazırıq. Sizin əmrinizi gözləyirik və Azərbaycana gəlməyə hər zaman hazırıq. Biz Sizə güvənirik”.