ABŞ Dövlət katibi: "Tezliklə substantiv danışıqlara qayıdılmalıdır"

29 Sentyabr 2020 14:50 (UTC+04:00)

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verənlərə münasibət bildirib. SİA xəbər verir ki, M.Pompeo hər iki tərəfin şiddətə son verməli olduğunu deyib.

“Dağlıq Qarabağda hər iki tərəf şiddətə son verməli, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə işləməli və mümkün qədər tez substantiv danışıqlara qayıtmalıdır”, - deyə ABŞ Dövlət katibi qeyd edib.