MN: "Erməni hərbiçiləri döyüşə girməkdən imtina edir" RƏSMİ

29 Sentyabr 2020 14:31 (UTC+04:00)

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub". Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər" - deyə, məlumatda qeyd olunur.