"Ermənistanın yaydığı yalan və dezinformasiyadır"

29 Sentyabr 2020 14:03 (UTC+04:00)

Azərbaycan Ermənistanı yalan və dezinformasiya, həqiqətə uyğun olmayan informasiyalar tirajlamaqda ittiham edib. SİA xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Rusiyaya məxsus RenTV xəbər saytı informasiya yayıb ki, Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Azərbaycanın Hərbi-Hava Qüvvələrinə məxsus təyyarənin ermənilər tərəfindən vurulması kimi Ermənistanın yaydığı həqiqətə uyğiun olmayan məlumatlar barədə danışaraq, işğalçı ölkənin yalan və dezinformasiya yaydığını bildirib.

"Erməni tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinin endirilən təyyarəsi ilə bağlı yaydığı yalan və dezinformasiyadır", deyə Dərgahlının fikirləri sözügedən saytda yayımlanır. Qeyd olunur ki, mətbuat xidmətinin rəhbəri ordu aviasiyasının işlək vəziyyətdə olduğunu və xidmətdə qaldığını söyləyib.