Ermənistan ordusunun alay komandiri ağır yaralanıb

29 Sentyabr 2020 13:31 (UTC+04:00)

Ermənistan ordusunun alay komandiri ağır yaralanıb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatı nəticəsində Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının 9-cu alayının komandiri polkovnik Artyom Poqosyan ağır yaralanıb.