Xankəndində telefon əlaqəsi və internet yoxdur

29 Sentyabr 2020 13:23 (UTC+04:00)

Dağlıq Qarabağda, Xankəndində hal-hazırda telefon əlaqəsində fasilələr var və İnternet də tamamilə yoxdur. SİA RenTV-yə istinadən xəbər verir ki, İzvestiya müxbiri bu barədə hadisə yerindən xəbər verir.

"Mətbuat mərkəzində həm biz, həm də yerli sakinlər olmaqla çox sayda müxbir var və heç kim cəbhə xəttinə buraxılmır. Şəhərdə hərbi texnika yoxdur, görünür, irəli göndərilib", deyə İzvestiya müxbiri məlumat verib.
Sözügedən sayt qeyd edir ki, Ermənistan və Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi sentyabrın 27-də yenidən kəskinləşib. Bildirilir ki, hərbi personal və mülki şəxslər arasında ölən və yaralananlar var.