Ermənilər saxta fotolarla tank vururlar - İFŞA

29 Sentyabr 2020 12:47 (UTC+04:00)

Erməni mənbələri dünya mediasında dezinformasiyalarını və psixoloji müharibə taktikalarını davam etdirir. Cəbhədəki məğlubiyyətlərini ört-basdır etmək üçün uydurma məlumatlar yayır, Azərbaycan ordusunun texnikasını vurduqları haqda saxta fotolar dərc etdirirlər. Məsələn, Rusiyadakı ermənilərə məxsus saytlarda verdikləri bu fotonu Azərbaycan ordusunun vurulmuş tankı kimi qələmə verir. Halbuki, tankın üzərində tamamilə qırmızı bayraq asılıb və fotonun çəkiliş keyfiyyəti onun azı 10-15 il qabağa aid olduğunu göstərir. Bu, hansısa təlimdən olan fotodur və bayrağı tamamilə qırmızı rəngdə olan ölkələrə aid ola bilər. Üstəlik, şəkildə tankın vurulmadığı, sadəcə, tırtılının qırıldığı və enişdə dayandığı görünür. Bir fotoda yazılana heç bir aidiyyatı olmayan bu qədər saxtakarlıq və aşkar yalanı dünyada ancaq ermənilər yarada bilər.

Elçin