“Azeri Light” nefti 42,04 dollara satılır

29 Sentyabr 2020 11:44 (UTC+04:00)

Azərbaycan neftinin qiyməti bahalaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,28 dollar artaraq 42,04 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.