Ermənistan ordusunun polkovniki məhv edilib Vaqif Dərgahlı

29 Sentyabr 2020 11:05 (UTC+04:00)

Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan məhv edilib.

SİA-nın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.