Sarsılmazlıq Ordumuza, məğlubiyyət düşmənə aiddir!

29 Sentyabr 2020 11:10 (UTC+04:00)

Müdrik insanların dəfələrlə söylədiyi “Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur” - ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Çünki Azərbaycanın igid oğul və qızları Vətənin şərəfini öz qeyrətləri ilə qoruyub, qanları ilə müdafiə edirlər.

Bu dəfələrlə sübut olunub və bunu görmüşük. Sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistanın növbəti bir daha işğalçı ölkənin faşizm siyasətinin göstəricisidir. Bunu dövlət başçımız İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında da səsləndirib: “Bu, bir daha Ermənistan faşizminin eybəcər sifətini göstərir. Çünki dinc əhaliyə qarşı belə qəddarlıq ancaq faşist dövlətlərə aid ola bilər və bu, birinci dəfə deyil - Tovuz hadisələri, ondan sonra digər hadisələr. Xocalı soyqırımı erməni vəhşiləri tərəfindən əliyalın dinc əhaliyə qarşı törədilmişdir və bu dəfə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Onlar bu atəşi açmaqla istəyirlər ki, Azərbaycan ictimaiyyəti arasında, Azərbaycan vətəndaşları arasında cəbhə boyu yerləşən kəndlərdə, şəhərlərdə yaşayan insanlar arasında təşviş yaransın, panika yaransın. Bu gün səhər mən bütün cəhbəboyu bölgələrdən məlumat almışam. Tam qətiyyətlə deyə bilərəm ki, Azərbaycan vətəndaşları cəsarət göstərirlər, hər kəs öz yerindədir və ordumuza, dövlətimizə hər an dəstək verməyə hazırdırlar və bunu edirlər”.

Budur xalqımızın öz dövləti ilə birliyi, hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi, ordumuza könüllü şəkildə yazılan on minlərlə insanlarımızın öz dövlətinə sadiqliyi. Məqsəd ərazilərimizin bütövlüyünün, ermənilərin yaratdığı qondarma “Dağlıq Qarabağ” probleminin həllinə nail olmaqdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da Dağlıq Qarabağ məsələsinin Azərbaycanın milli məsələsi olduğunu vurğulayaraq bildirdi ki, bu məsələsinin həlli bizim tarixi vəzifəmizdir: “Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edilsin. Mən dəfələrlə demişəm, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqlarında ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr bunu bir daha göstərir”.

Dövlət başçımızın dediyi kimi “Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır”.

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Xüsusilə də, mülki vətəndaşların ölməsi, yaralanması, hətta yaşayış evlərinin dağıdılması barədə sübut və faktlar Ermənistan silahlı qüvvələrinin planlı taktikasıdır. Vaxtilə 1992-ci ildə Xocalıda törədilmiş soyqırımı aktı, ondan sonra törədilən təxribatlar da bunun bariz nümunəsidir. Dövlət başçımız dünənə qədər dəfələrlə bəyan etmişdi ki, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu regional sülh və sabitlik üçün əsas təhlükədir. Ona görə də, yaranmış vəziyyətə və hadisələrin gələcək inkişafına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür. Bu gün şanlı Azərbaycan Ordumuz hərbi təxribata cavab olaraq hazırda uğurlu əks-hücum əməliyyatı keçirir, nəticədə düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulub. Azərbaycanın işğal altında olan 7 kəndlərimiz, işğal altında olan yüksəkliklərimiz azad edilib. Şəhidlərimiz, yaralananlarımız var. Allahdan şəhidlərimizə rəhmət, yaralananlarımıza şəfa diləyirik. Vətən, torpaq yolunda, alətsizliyə son qoymaq, Vətən həsrəti ilə yaşamağa son qoymaq yolunda candan keçilir. Azərbaycan Prezidentimizin söylədiyi kimi: “30 ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm ki, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.

Bəli, o günə az qalıb. Artıq Qələbəyə doğru hər gün irəliləyir Şanlı, Güclü Ordumuz, rəşadətli əsgərlərimiz. Xalqımız əmindir ki, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev Cənablarının rəhbərliyi ilə Ordumuz Ermənistanın cinayətlərinin qarşısını almaq üçün öz rəşadətli missiyasını tam uğurla həyata keçirir və keçirəcək və torpaqlarımızı tam olaraq işğaldan azad edəcəyik.

Allah Ordumuzu qorusun və müzəffər etsin!. İnanırıq ki, güclü dövlətin güclü ordusu çox tezliklə, Qarabağın işğal olunmuş ərazilərimizi də geriyə qaytaracaq! Və Azərbaycana xor baxanlar üçün son mənzil məzarlıq və cəhənnəm olacaq!

ZƏRİFƏ QULİYEVA,

YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi YAP təşkilatı İdarə heyətinin üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri