Avtomobil yandı

29 Sentyabr 2020 11:07 (UTC+04:00)

Salyan rayonunda “DAF” markalı yanacaqdaşıyan avtomobilin kabinə hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.