Yaponiya Ermənistan təxribatlarından yazır FOTO

29 Sentyabr 2020 11:00 (UTC+04:00)

Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatları Yaponiya kütləvi informasiya vasitələrinin də diqqətindədir. SİA xəbər verir ki, Yaponiyanın NHK, BS1, Asahi telekanalları, “Yomiuri shimbun”, “Nihon shimbun”, “Jiji Press”, “Yahoo Japan” və digər KİV-ləri cəbhədə baş verən hadisələr barədə informasiyalar yayıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumatların da əks olunduğu informasiyalarda problemin artıq 30 ildir ki, davam etdiyi bildirilir. Vurğulanır ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır.

Yaponiya telekanallarının nümayiş etdirdiyi süjetlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin erməni döyüş texnikalarının məhv edilməsi ilə bağlı görüntülərinə yer verilib.

Xəbərlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sentyabrın 28-də Ermənistana müraciət edərək işğal altında saxladığı Azərbaycan torpaqlarını dərhal tərk etməsi barədə tələbi də öz əksini tapıb.