Sarkisyandan Paşinyana ötürülən çarx…

29 Sentyabr 2020 10:58 (UTC+04:00)

Ac qarınlar diplomatik vədlərə aldanacaqmı?

Bu gün baş verənlərin əsas səbəbi nədir? Erməni siyasi şüurunun cahilliyi: işğal olunan ərazini tərk etmək zəruriliyinin dərk edilməməsi? Ermənistanda Nikol Paşinyanın komandasının hakimiyyətə gəlməsi ilə erməni cəmiyyəti müəyyən real dəyişikliklərə ümid edirdi. Proseslər göstərir ki, onlar yenə yanılırlar. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru qabil deyil. Həmin aspektdə münaqişənin həlli məsələləri üzərində bir qədər geniş dayanmaq istərdik.

Qozbeli qəbir düzəldər…

Ermənistanın Azərbaycana əsassız ərazi iddiasının, davam edən işğal rejiminin düşmən ölkəyə “bəxş elədiyi” ən pis sürpriz onun bütün regional iqtisadi və energetik, kommunikasiya layihələrindən kənarda, blokada rejimində saxlanmasıdır. Bunun da ən birinci səbəbi ölkəyə rəhbərlik edənlərin işğalçılıq siyasəti aparmasıdır ki, bu günə kimi Ermənistan özünün sovetdən qalma rüşeym iqtisadiyyatı ilə on illərdir ki, dünya iqtisadi sisteminə çıxış əldə edə bilməyən və inteqrasiya oluna bilməyən işğalçı ölkə nəticədə tullantı ölkəyə çevrilib. Bu prosesin daha sürətlə baş verməsinin səbəbi isə, sərsəm, siyasi savaddan uzaq olan Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən daha çətin anlar yaşandı. Yeni hakimiyyət də əvvəlkilər kimi reallığı ört-basdır etməklə hər hansı müsbət bir nəticə əldə etmək xülyası ilə fəaliyyət göstərir. Bu, həm daxili sosial-iqtisadi vəziyyətin ağır olaraq qalmasında, həm də Ermənistan-Azərbaycan münaqişəsinin həllində özünü göstərir. Ermənistan rəhbərliyi ənənəvi absurd mövqeyi ilə özünün durumunu daha da ağırlaşdırır, eyni zamanda, münaqişənin danışıqlar yolu ilə həllini mürəkkəbləşdirməkdə davam edir. Buna beynəlxalq ictimaiyyətin reaksiyası getdikcə artır. Bir sıra ekspertlər Ermənistanın işğal etdiyi Azərbaycan ərazisini tərk etməsindən başqa yolun olmadığını açıq vurğulayırlar. Ancaq əsas məsələ odur ki, bu sadə həqiqəti dərk etməyə erməni siyasi şüuru, nə də Paşinyan təfəkkürü qabil deyil.

Rusiyalı ekspert Aleksandr Duqin də Ermənistanın öncə beş rayonu boşaltmasının zəruri olduğunu vurğulayıb. Bundan sonra nizamlama prosesinin növbəti mərhələlərinə keçmək olar. Digər ekspertlərin də fikirlərini xatırlatmaq olar. Lakin onların hamısının bir ortaq fikri var: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qoşunlarını çəkməlidir. Burada reallıq aydın görünür. Rəsmi İrəvan nə qədər söz hoqqabazlığı etsə də, ondan indi hər kəs zəbt etdiyi ərazilərdən silahlı quldur dəstələrini çıxarmağı tələb edir. Bunun hansı formatda ediləcəyi məsələsi artıq danışıqların predmetidir. Hər bir halda aydındır ki, əsas şərt Ermənistanın təcavüzkar olaraq Azərbaycanın işğal etdiyi ərazilərindən çıxmasından ibarətdir.

Buradan sadə bir məntiqi nəticə alınır: Ermənistanın problemin həlli ilə bağlı təsəvvürləri ilə reallıq arasında dərin bir ziddiyyət mövcuddur. Bunu nə ilə izah edirsən et, heç nə dəyişmir. İstər mücərrəd surətdə erməni xalqının iradəsindən bəhs et, istərsə də Paşinyan hakimiyyətinin siyasi iradəsindən dəm vur və ya başqa tarixi “faktlar” gətir, reallıq budur: təcavüzkar zəbt etdiyi torpaqlardan getməlidir, vəssalam!

Göründüyü kimi, mövcud vəziyyət tamamilə Paşinyanın əleyhinə işləyir. Şantaj, təhdid, siyasi rəqiblərin sıradan çıxarıldığı, müstəqillik dövründə heç bir demokratik seçki keçirmək təcrübəsinə malik olmayan bir dövlətdə bir ay içərisində demokratik seçkilərin təşkil olunacağı vədi isə boş sözlərdən başqa bir şey deyil.

Baş verənlər onu deməyə əsas verir ki, Nikol Paşinyan saxta və köhnəlmiş fikirləri təkrarlamaqla məşğuldur. Belə bir müqayisə də yerinə düşər ki, Nikol Paşinyanla Qorbaçovun Azərbaycan üçün elə bir fəqri yoxdur, çünki hər ikisi işğalı təfəkkürə maliklilər. Ona görə də, Nikol hansı donu geyinirsə geyinsin, yamağı görünür. Çünki yalan ayaq tutur, ancaq yerimir. Yerisə belə, uzağa gedə bilmir. Çünki onun geydiyi papışlar bünövrədən cırıqdır.

Quldur Paşinyanın quldur siyasəti

İstər Petrosyan, istər Sarkisyan, istərsə də Paşinyan olsun Ermənistanda baş verən ictimai-siyasi gərginlik, problemlər bitib-tükənmir və hakimiyyətdə özbaşınalıqlarından cana doymuş erməni xalqı artıq hər şeyin şahididir. Etirazçılar bildirirlər ki, əvvəlki quldur rəhbərlərdən Paşinyan heç də fərqlənmir. Və erməni xalqı bilir ki, hakimiyyətə yalan vədlərlə gəlib və aksiyalarla davam edən Nikol Paşinyan bilməlidir ki, hər şeyin bir sonu olduğu kimi, Paşinyanın da oyunbazlığının sonunun zamanı gəlir: necə deyərlər, Paşinyan min-bir hiylə ilə hördüyü corabın toruna özü düşüb.

“Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır”

Azərbaycan Prezidenti İlham Əliyev bütün beynəlxalq səviyyəli kürsülərdən Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozduğunu dəfələrlə bildirib. Və deyib ki, Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır» bəyanatı danışıqlar prosesinə ciddi zərbədir. Bunu Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında da bildirib ki, Ermənistanın baş naziri Paşinyan danışıqlar prosesində əsassız şərtlər irəli sürür: “Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz “yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır”.

Prezident İlham Əliyev: “Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar”

Bu gün təcavüzkar Ermənistan etdiyi düşünülməmiş əməlinin bədəlini çəkir və Azərbaycan heç bir təxribatçı addım atmayıb. Bütün təxribatlar Ermənistan tərəfindən törədilir və onlar bunu qəsdən edirlər, bunu nümayiş etdirirlər.

Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə bildirib ki, Ermənistan bir daha belə hücumlar etsələr, peşman olacaqlar: “Biz vəziyyəti izləyirik və özümüzü müdafiə edəcəyik, Tovuzda etdiyimiz kimi, başqa bir çox hallarda etdiyimiz kimi. Əgər onlar bizə hücum etsələr, peşman olacaqlar. Mən, sadəcə olaraq, sizin bunu bilməyinizi və bu mesajı Avropa Komissiyasına çatdırmağınızı və Avropa Komissiyasının təcavüzkarın yeni təxribatlarını dayandırmaq üçün nə edə biləcəyini görmək istəyirəm”.

Bütün bunların müqabilində uğursuz dövlət olan Ermənistanın dövlətçiliyi iflasa uğrayır. Artıq bunu indi Ermənistan xalqı görür və Ermənistan hakimiyyətinin bu uğursuz fəaliyyətinə qarşı çıxırlar. Sentyabrın 27-də Ermənistan tərəfindən edilən növbəti təxribat bir daha sübut edir ki, baş verənlər Ermənistan üçün yeni-yeni fəlakətlər vəd edir.

A.SƏMƏDOVA