Tonlarla ot bağlaması yandı

29 Sentyabr 2020 10:57 (UTC+04:00)

Qəbələ rayonunun Məlikli kəndində ümumi sahəsi 150 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 18 ton ot bağlamasının 7 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.