Məhşur müğənni Azərbaycan Ordusuna dəstəyini ifadə edib - "Qarabağ Azərbaycandır"

29 Sentyabr 2020 10:37 (UTC+04:00)

Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusuf cəbhə xəttində həyata keçirilən əks-hücumlarla əlaqədar Azərbaycan Ordusuna dəstəyini ifadə edib. SİA xəbər verir ki, sənətçi bununla bağlı "Twitter" səhifəsində paylaşım edib. "Düşüncələrim və dualarım Azərbaycanladır", - S.Yusuf paylaşımda qeyd edib.

O, bu paylaşımına "Qarabağ Azərbaycandır" həştəqini əlavə edib.