“Qara dul qadın” filminin premyerası təxirə salınıb

29 Sentyabr 2020 09:19 (UTC+04:00)

Amerikanın “Walt Disney” film şirkəti rejissor Keyt Şortlandın ekranlaşdırdığı “Qara dul qadın” (Black Widow) filminin premyerasını təxirə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, filmin premyerası 2021-ci il mayın 7-nə nəzərdə tutulub.

Marvel komikslərin əsasında çəkilən filmindəki Nataşa Romanoff rolunu Skarlet Yoxansson canlandırıb. Aktyor heyətinə, həmçinin Devid Xarbor, Florens Pyu və Reyçel Vays daxildir.

Qeyd edək ki, filmin ilk nümayişi bundan öncə 2020-ci il noyabrın 6-na təyin olunmuşdu.