Bizə savaş açanlara sözümüzü axıracan deyəcəyik

28 Sentyabr 2020 17:58 (UTC+04:00)

Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. 2016-cı ilin aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri Azərbaycan ordusunun hər an işğal altında olan torpaqlarımızı azad etmək imkanında olduğunu təsdiqlədi. Dövlətimizin başçısı İlham Əliyev daim bu bəyanatı səsləndirir ki, Ermənistan təxribatlarının qarşısı qətiyyətlə alınacaq. Təbii ki bu ianama əsas verən Azərbaycan ordusunun böyük imkanlara malik olmasıdır. Sentyabrın 27-də baş verən təxribat bunu təsdiqlədi. Azərbaycan öz dövlət sərhədlərini qorudu. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı.Dövlətimizin başçısı İlham Əliyev Təhlükəsizlik Şuasının iclasında bu kimi məsələlərə diqqət yönəldərək bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin daşıdığını diqqətə çatdırdı.

Bütün dünyada sülhün çarçısı kimi tanınan, yaradılmasının 75 illiyi qeyd edilən BMT Baş Assambleyasının xüsusi yubiley sessiyasının keçirildiyi bir zamanda Ermənistanın hərbi təxribatlar törətmək, müharibə təhlükəsi yaratmaq cəhdləri beynəlxalq ictimaiyyətə meydan oxumaq, sülhə xəyanət etməkdir. Tovuz hadisələrindən sonra düşmən tərəxindən yeni təxribat qəbuledilməzdir. Ermənilərin bu addımı Ermənistanın regionda sülhün qarşısında ən böyük təhdid olduğunu bir daha sübuta yetirdi. Ölkə prezidenti, Ali BAŞ Komandan İlham Əliyev xalqa müraciətində deyib ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi,hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğaldan azad edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik. İnanırıq ki, ordumuzun son hədəfi qədim mədəniyyət beşimiyiz Şuşadır. Nəyin bahasına olursa olsun, bütün işğal edilmiş torpaqlarımız azad edilməlidir.

Bu şərəfli yolda hamılıqla ordumuzun, Ali Baş Komandanımızın yanındayıq. Müqəddəs vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur. Azərbaycan Respublikasının Prezidentinin siyasi iradəsi sayəsində sadəcə torpaqlarımızı düşməndən azad etmək deyil, eyni zamanda regionda sülhün və ədalətin bərqərar olmasına da nail olacağıq.

Rasim Kazımov, Neftmaştəmir ASC İdarə Heyətinin sədri