Rusiyaya qaçmaq istəyən ermənilər aclıq aksiyası kieçirirlər FOTO

28 Sentyabr 2020 17:54 (UTC+04:00)

Ermənistan hakimiyyətinin və hərbi-siyasi dairələrinin işğalçılıq siyasəti kontekstində “hərbi ritorika” xarakterli bəyanatlarını elə Ermənistandan Rusiyaya köçmək, ya da geri dönmək istəyən, lakin COVID-19 pandemiyası ilə, eləcə də ölkədə elan olunmuş hərbi vəziyyətlə bağlı etiraz aksiyaları keçirən ermənilər alt-üst edir. SİA kavkazkiy-uzel saytına istinadən xəbər verir ki, bir qrup Rusiyadan Ermənistana getmiş və vəziyyətlə bağlı ölkədən çıxa bilməyən erməni Paşinyan hakimiyyətindən onların gəldikləri yerə göndərilmələrini tələb edirlər.

Hətta aclıq edənlər də var. Ancaq Ermənistanın müvafiq dövlət qurumları onların ölkəni tərk etmələrinə yasaq qoyub.

Rövşən