"Soyuz-2" raketi kosmik fəzaya 22 peyk və kosmik aparat çıxarıb

28 Sentyabr 2020 17:34 (UTC+04:00)

"Soyuz-2" daşıyıcı raketi Arxangelsk vilatəindəki Plesetsk kosmodromundan "Qonets" tipli 3 rabitə peyki və 19 kiçik kosmik aparatı uğurla komosa çıxarıb. SİA xəbər verir ki, bu barədə Rusiya İnformasiya və Kommunikasiya Nazirliyi məlumat yayıb. Məlumata görə, buraxılış və aparatların kosmik fəzaya keçirilməsi prosesi uğurla başa çatıb və hazırda nəzarət altındadır. Bu "Soyuz-2" nin 2020-ci il ərzində Plesets kosmodromundan 4-cü buraxılışıdır.

Qeyd edək ki, bununla da Rusiya universitetlərinin kosmosdakı peyklərinin sayı 4-ə çatıb. Bundan başqa, Roskosmos Almaniya, Amerika, Kanada, Litva, BƏƏ, Finlandiya şirkətlərinin kosmik aparatlarını da "Soyuz-2" ilə fəzaya çıxarıb.

Elçin