Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib

28 Sentyabr 2020 16:04 (UTC+04:00)

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən artilleriya bölmələrinə zərbələr endirilib.

Artilleriyaçılarımızın sərrast atəşi nəticəsində ağır itkilərə məruz qalan düşmən bölmələri yerləşdiyi atəş mövqelərindən geri çəkilməyə məcbur edilib.

Qeyd edək ki, həmin artilleriya bölmələri Ermənistan ordusunun 5-ci dağ-atıcı alayının tərkibindədir.