Ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma halları ilə bağlı statistika açıqlanıb. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata əsasən, sentyabrın 26-27-də bir şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. 39 şagird, 6 nəfər işçi heyət isə koronavirusa yoluxub.
Xatırladaq ki, virusa yoluxma hallarına görə respublika üzrə 1 məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində, 12 sinifdə tədris distant formaya keçirilib.