Gəmilər dezinfeksiyası edilir FOTO

28 Sentyabr 2020 15:26 (UTC+04:00)

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir. ASCO-dan SİA-ya verilən məlumata əsasən, müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Professor Gül”, “Akademik Həsən Əliyev”, “Zəfər”, “Orion-26”, “SOCAR-1”, “Om”, “General Əsədov”, “Üfüq”, “Qaradağ-11”, “Dağıstan”, “Bəstəkar Fikrət Əmirov”, “Naxçıvan”, “Andoqa” gəmilərində aparılıb.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.