Avtomobil oğrusu tutuldu

28 Sentyabr 2020 13:28 (UTC+04:00)

Paytaxtın Nizami rayonu ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini S.Bəndəlizadə saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə müraciət edən paytaxt sakini M.Əhmədov mayın 4-nə keçən gecə rayon ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.

Avtomobil həmin gün M.X.Şərifli küçəsində tapılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Bəndəlizadə müəyyən edilərək saxlanılıb.