“200-ə yaxın yaralı erməni əsgər var” Ermənistan Müdafiə Nazirliyi

28 Sentyabr 2020 12:47 (UTC+04:00)

Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca zərbələr endirir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan deyib.
“Martakert şəhəri hədəf altındadır. Bu gün səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri ağır toplardan istifadə etməklə hücum əməliyyatlarını davam etdirib. Güclü döyüşlər gedir”, deyə Artsrun Ovannisyan bildirib.
Ermənistan Müdafiə Nazirliyinin sözçüsü həmçinin qeyd edib ki, Ermənistan tərəfdən 200-ə yaxın yaralı əsgər var.
Xatırladaq ki, bundan əvvəl 31 nəfərin öldüyü bildirilirdi.