Tonlarla ot bağlaması yandı

28 Sentyabr 2020 12:14 (UTC+04:00)
Cəlilabad rayonunun Sərhədabad kəndində ümumi sahəsi 117 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 30 ton ot bağlamasının 25 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi və bitişik digər tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.