Bəzi elektrik qatarlarının hərəkəti dayandırılır

28 Sentyabr 2020 12:02 (UTC+04:00)

Bəzi elektrik qatarlarının hərəkəti müvəqqəti dayandırılır. “Azərbaycan Dəmir Yolları” QSC-dən SİA-ya verilən məlumata əsasən, komendant saatının tətbiq edilməsi ilə əlaqədar olaraq sentyabrın 28-dən etibarən Sumqayıtdan saat 19:35-də yola düşən 6626 Sumqayıt-Pirşağı-Bakı və Bakıdan saat 20:30-da yola düşən 6625 Bakı-Pirşağı-Sumqayıt elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır.